Şəmil Sadiq

Şəmil Kamil oğlu Sadıqov 1978-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Babək Rayonunun Nehrəm kəndində doğulmuşdur. 2002-ci ildə BDU-nun filologiya fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci il də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutununda “ Hüseyn Cavid yaradıcılığında qəhramanlıq konsepsiyası “ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Əmək fəaliyyətinə 2001-ci ildən Yasamal rayonundakı 20№ li məktəb liseydə müəllim kimi başlamış, 2008-2014-cü illərdə Bakı Pedaqoji Ixtisasartırma və Yenidənhazırlama İnstitutunda dosent vəzifəsində, 20014 fevral-noyabr tarixlərində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda direktor müavini vəzifəsində çalışmışdır. 2005-ci ildə “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdür. 2010-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və yenidənhazırlanma İnstitutunda İlin Ən Yaxşı müəllimi seçilmişdir. Sadıqov.( Şəmil Kamil oğlu 50 dən çox elmi-metodik, 6 bədi kitabın, üç monoqrafiyanın, 3 dərs vəsaitinin müəllifidir. "Qana qan qarışdı" peyis 2010-cu ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. 2015-ci ildə “Odərlər” romanına görə “Qızıl kəlmə” mükafatı ilə təltif edilmişdir. Hazırda AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin Cavidşünaslıq şöbəsinin müdiri, “Ustad” ədəbiyyat və kültür dərgisinin baş redaktorudur, Hədəf Şirkətlər Qrupunun qurucusu, Baş Direktorudur ( Hədəf Kursları, Hədəf Liseyi, Hədəf Nəşrləti, Xan Nəşrləri,Kitabevim.az Mağazalar Şəbəkəsi, Hədəf Multimedia və Hədəf Global Xaricdə Təhsil Şirkəti.) Ailəlidir, iki oğlu, iki qızı var.