Image-Description
Əliş Niftəliyev

Salam, mən Əliş Niftəliyev, 20 yaşım var.İngiltərədə Beynəlxalq əlaqələr və İqtisadiyyat üzrə bakalavr təhsili alıram və sonuncu kurs tələbəsiyəm. Blogerlik fəaliyyətimə 2018-ci ilin Sentyabrında, Instagram platformasında başlamışam. İlk başda məqsədim sadəcə öz bədii yazılarımı tanıtmaq olsa da daha sonra kitab şərhləri, video-şərhlər və maarifləndirici yazılar yazmaqla blogerlik fəaliyyətimi genişləndirdim. 2019-dan bəri YouTube platformasına nadir hallarda video yükləyirdim, amma 2020-ci ilin May ayından bəri “Alish Niftaliyev” YouTube kanalında aktiv şəkildə fəaliyyət göstərirəm. Kanalın əsas proyektləri podkastlar, şəxsi-inkişaf və təhsil videoları və kitab şərhlərindən ibarətdir. Yazıçılıq fəaliyyətim də elə bloggerlik fəaliyyətimlə eyni anda başlayıb.Uzun zamandlr qısa yazılar yazmağıma baxmayaraq, 2020-ci ilin Avqust ayında ilk irihəcmli əsərimi ebook olaraq hazırladım və oxuyanların bir çoxunun bəyəndiyi kitaba çevrildi.

Kitablar: Əliş Niftəliyev

1 Kitab tapıldı