Image-Description
Adil Əsədov

Adil İsgəndər oğlu Əsədov (d. 1 oktyabr 1958, Quba, Azərbaycan SSR, SSRİ) — fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda şöbə müdiri[1], Fəlsəfi Maarifçilik Assosiasiyası nın prezidenti. Adil Əsədov 1 oktyabr 1958-cı ildə Quba şəhərində anadan olmuşdur. 1975-ci ildə Quba İnternat Məktəbini, 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirmişdir. 1986-1989-cü illərdə fəlsəfə ixtisası üzrə Azərbaycan SSR Elmlər Akademiyası (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almışdır. "Təfəkkürün tarixi tipləri və mühəndis fəaliyyəti" mövzusunda dissertasiyasını vaxtından əvvəl, aspirantura müddəti başa çatmamış müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1994-cü ildə "Təfəkkür tipləri dinamikası "cəmiyyət və təbiət" sistemi kontekstində" mövzusunda dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır. Aspiranturanı bitirdikdən sonra Akademiyada işə qəbul olunmuş və burada elmi karyeranın bütün mərhələlərindən keçmişdir: əvvəlcə kiçik elmi işçi, sonra isə elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, qrup rəhbəri və şöbə müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Milli Elmlər Akademiyasında 1986-cı ildən fasiləsiz olaraq çalışmaqla yanaşı, 1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Bakı Dövlət Universitetində dərs demişdir. 2005-ci ildə Fəlsəfi Maarifçilik Assosiasiyasını[2] təsis etmişdir. Assosiasiyanın xətti ilə dünya fəlsəfi irsinin Azərbaycan dilinə tərcümə olunmasında və təbliğində iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının himayəsi altında həyata keçirilən "Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesində milli mədəniyyətin inkişaf perspektivləri" (2009), "Azərbaycan mədəniyyəti dünya sivilizasiyasi kontekstində" (2011), "Azərbaycan mədəniyyətinin inkişafinda regional resurslarin əhəmiyyəti" (2012), "Azərbaycan mədəniyyətinin inkişaf perspektivləri modernləşmə kontekstində"(2013) layihələrnin rəhbəri olmuş, hazırda isə "Mənəvi birliyimizi yaşadaq və inkişaf etdirək" layihəsinin gerçəkləşməsinə Assosiasiyasının prezidenti olaraq umumi rəhbərliyi həyata keçirir. Dünya Azərbaycanlılarının III Qurultayının (2011) nümayəndəsi olmuşdur. 2011-ci ilin yanvarından Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. İnstitutun Elmi Şurası nın, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən İnstitutun nəzdində yaradılan Dissertasiya Şurasının və Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Fəlsəfə, Hüquq, Sosiologiya və Siyasi Problemlər üzrə Elmi Şura nın üzvüdür.

Kitablar: Adil Əsədov

2 Kitab tapıldı