Image-Description
Artur Konan Doyl

Ser Artur Konan Doyl (ing. Sir Arthur Ignatius Conan Doyle; 22 may 1859 – 7 iyul 1930) — Şotlandiyadadoğulmuş ingilis yazıçı, Şerlok Holms və professor Çellencer kimi obrazların yaradıcısı. Artur Konan Doyl 22 may 1859-cu ildə Şotlandiyanın Edinburq şəhərində doğulmuşdur. Atası ingilis Çarlz Altamont Doyl, anası isə irlandiyalı Meri Foley idi. Soyadı "Konan Doyl" olsa da, bu mürəkkəb soyadın mənşəyi bilinmir. Mənbələrdən birində Artur və bacısı Annetanın mürəkkəb soyadlarını böyük əmiləri olan jurnalist Maykl Konandan götürdüyü qeyd olunur. 1885-ci ildə evinin çölündəki düyü lövhədə və həkim kitabçasındakı imzada adının "A. Konan Doyl" olaraq yazıldığını bildirir. Lakin 1901-ci il əhali siyahıyaalması kimi digər qaynaqlar Konan Doylun soyadının "Doyl" olduğunu və ancaq illər sonra "Konan Doyl" olaraq istifadə etdiyini xəbər verir.

Kitablar: Artur Konan Doyl

5 Kitab tapıldı