Cəfər Cabbarlı

Cəfər Qafar oğlu Cabbarlı (20 mart 1899, Xızı, Rusiya İmperiyası – 31 dekabr 1934, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi (25 aprel 1933)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəfər Cabbarlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.