Cəlil Məmmədquluzadə

Cəlil Məmmədquluzadə (tam adı: Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə; 10 fevral 1869, Naxçıvan, Qafqaz canişinliyi – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi; "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.[6] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir