Ceylan Mumoğlu

Ceylan Mumoğlu 19 dekabr 1976-cı ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olub. 

1983-1993-cü illərdə Sumqayıt şəhər 24 nömrəli orta məktəbində təhsil alıb. 

1993-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Unversitesinin Tarix fakültəsi qəbul olunub, 1997-ci ildə həmin fakültəni bitirib. 1997-2007-ci illər ərzində müxtəlif məktəblərdə tarix müəlliməsi işləyib. 2007-ci ildən ailə quraraq Türkiyənin İstanbul şəhərinə köçüb. 

2009-2017-ci illərdə Azərbaycanın ilk milli qadın portalında (www.qadin.net) həmtəsisçi və baş redaktor vəzifəsində işləyib.
2009-cu ildən saytdakı fəaliyyəti ilə yanaşı ədəbi fəaliyyətə də başlamış, bir çox psixoloji, parapsixoloji araşdırma məqalələrin, müxtəlif müsabiqələrdə mükafat almış hekayələrin və "Aydınlanma səyahəti", "Qurbağa öpüşü", "Sev və inan"  kitablarının müəllifidir.