Image-Description
Karl Marks

Karl Henrix Marks (alm. Karl Heinrich Marx‎; 5 may 181814 mart 1883) — alman filosofu, siyasətçisi, sosioloqu, iqtisadçısı və yazıçısı. Marksizm nəzəriyyəsinin banisi. "Kommunist Manifesti" və "Kapital" əsərlərinin müəllifi.

O, sosiologiya elminin yaranmasında və inkişafında göstərdiyi böyük xidmətlərinə görə digər alman Maks Vebervə fransız Emil Durkhaym ilə birgə sosial elmlərin təməlini qoyan 3 şəxsdən biri sayılır.

Marks kapitalist iqtisadi sistemi, burjuaziya və proletariat münasibətləri, dünyanın iqtisadi tarixi və dövlətin kapitalizmdəki rolu barədə apardığı geniş, dərin və tənqidi araşdırmalar sayəsində özünə olduqca böyük nüfuz qazanmışdır. Marksdan təsirlənən və onun idealarını inkişaf etdirən saysız-hesabsız sosioloqlar, kriminoloqlar və iqtisadçılar var, hansılar ki, marksist kriminologiyası, siyasi iqtisadiyyatda marksist perspektivi, ailə, din və digər mühum mövzularda Marksist perspektivlərini yaradıblar.

Karl Marks tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında birinci sıraya daxil edilib.

Kitablar: Karl Marks

1 Kitab tapıldı