Image-Description
Lao Tzı

Lao Tzı (Çin: 老子; pinyin: Lǎozǐ; Wade–Giles: Lao Tzu; həmçinin Lao Tse, Lao Tu, Lao-Tsu, Laotze, Laosi, Laocius, və digər şəkildə tərcümə edilir) qədim Çin filosofudur. Öz Dao De Cin əsərinə görə tanınır və bu səbəbdən ənənəvi şəkildə Daoizm-in banisi kimi qəbul edilir.

Daoizmin dini formalarının çoxunda bir ilahi varlıq kimi qəbul edilir — Taishang Laojun — yəni "Saf Üç kəslərdən Biri".

Çin ənənəsinə əsasən, Lao Tzu eramızdan əvvəl 6-cı əsrdə yaşayıb. Bəzi tarixçilər isə onun eramızdan əvvəl 5–4-cü əsrlərdə yaşadığını, bəziləri isə Lao Tzu-nun bir neçə tarixi şəxsiyyətləri birləşdirən bir mifoloji figur olduğunu vurğulayır.

Rəvayət edirlər ki, günlərin bir günü qoca Lao Tzu ölümün nəfəsini hiss edib və heç kəsə dinməyib uzaqda görsənən dağlara tərəf yola düşdü. Çou dövlətinə xidmət edən sərhədçi qocanı görüb onu tanıdı və onun hara və nə üçün getdiyini hiss etdi. Sərhədçi nə isə bir bəhanə edib Lao Tzu-nu donuz tövləsinə salır və deyir ki, qoca Dao (yəni Yol) haqqında bildiklərini yazıb ona verməyənədək elə o tövlədə də qalacaq. Çarəsi olmayan Lao Tzu 81 şerdən ibarət olan kitabı yazıb. Bizim dilə mümkün olan tərcümələrinin birində həmin kitabın ilk sözləri bunlar olub:

"Söz ilə ifa edilə bilən Dao həqiqi Dao deyil…"

Kitablar: Lao Tzı

1 Kitab tapıldı