Image-Description
Nəriman Nərimanov

Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (azərb-ərəb. نریمان نریماناوو‎; 14 aprel 1870, Tiflis, Qafqaz canişinliyi – 19 mart 1925, Moskva) — Azərbaycan bolşevik inqilabçısı, ictimai-siyasi xadimi, yazıçısı, publisisti, həkimi; Azərbaycan SSR-in 1-ci Xalq Xarici İşlər Komissarı; Azərbaycan SSR İnqilab Komitəsinin Sədri; Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri; ZSFSR İttifaq Sovetinin 1-ci Sədri; SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci Sədri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Nəriman Nərimanov Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya onun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, 1894-cü ildə Bakıda ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi Azərbaycan milli romanının ("Bahadır və Sona") və ilk tarixi faciənin ("Nadir şah") banisidir. Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanılmışdır. Məsələn Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək vermiş və nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı verilən mücadilədə onlara böyük dəstək vermişdir. Daha sonralar Atatürk ona bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə N.Nərimanov ona "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar." deyə cavab göndərmişdir.

Kitablar: Nəriman Nərimanov

1 Kitab tapıldı