Image-Description
Səbahəddin Əli

Səbahəddin Əli (d. 25 fevral, 1907 – ö. 2 aprel, 1948)—Türkiyə şairi və yazıçısı.

Səbahəddin Əli yaradıcılığa şeirlə başlamışdır. "Sərvəti-fünun", "Günəş", "Həyat" kimi dərgilərə yazan S. Əlinin ilk hekayəsi "Bir ormanın hekayəsi"dir. Həbsdən çıxdıqdan sonra (1934-1936) "Kamal", "Qaranquş", "Ərəb Xeyri", "Bazarçı", "Öküz arabası" adlı hekayələri ilə daha da məşhurlaşmışdır.

1934-cü ildə xalq şeirləri üslubundakı şeirlərini "Dağlar və Rüzgar" adlı kitabında toplayaraq nəşr etdirmişdir.

Səbahəddin Əlinin "Quyucu Yusif" (1937), "İçimizdəki şeytan" (1940), "Xəz mantolu Madonna" (1943) adlı romanları, "Dəyirman", "Öküz arabası", "Səs", "Yeni dünya", "Şüşəli köşk" adlı hekayələr kitabı, "Dağlar və Rüzgar", "Qurbağanın serenadası, başqa şeirlər" adlı şeirlər kitabı və "Əsirlər" adlı bir dram əsəri vardır. Bundan başqa yazar Hofmandan, Puşkindən ("Generalın qızı"), Sofokldan türk dilinə tərcümələr də etmişdir.

Çağdaş dövrdə də Səbahəddin Əli sevilərək oxunur və müasirliyini itirməmişdir. Lakin maraqlı budur ki, S. Əlinin müasir dövrdə daha çox şeirlərinə müraciət edilir. Məşhur mügənnilərdən Sezen Aksu, Ahmet Kaya, Nuket Duru və Volkan Konak şairin sözlərinə yazılmış musiqilər oxumuş və xalq tərəfindən bəyənilmişdir.

Kitablar: Səbahəddin Əli

2 Kitab tapıldı