Stefan Sveyq

Stefan Sveyq (almanca Stefan Zweig, 28 noyabr 1881, Vyana[4] – 22 fevral 1942, Petrópolis, Rio-de-Janeyro) — alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist. Dövrünün görkəmli şəxsləri Emil Verxarn, Romen Rollan, Ogüst Roden, Tomas Mann, Ziqmund Freyd, Herman Hesse, Maksim Qorki, Rixard Ştraus, Bertold Brext və b. ilə dostluq etmişdir.