Xəyalə Murad

Xəyalə Murad (Xəyalə Məmmədli) —Yazıçı, redaktor, tədqiqatçıpublisist.

1986-cı il 25 noyabr tarixində Sumqayıt şəhərində mühəndis ailəsində dünyaya gəlib.

Xəyalə Murad təxəllüsü ilə yazdığı ilk kitabı 2007-ci ildə qələmə aldığı və 2013-cü il mart ayının 3-də çapdan çıxmış “Görünməyən həqiqət” dedektiv povestidir. Xəyalə Murad Ədəbiyyat tarixinə “Görünməyən həqiqət” kitabı sayəsində Azərbaycan dilində ilk dedektiv yazan qadın olaraq düşdü. Xəyalə Murad 2015-ci ilin oktyabr ayının 25-i oxuculara ikinci “Bir yarpağın arzusu” kitabını təqdim etdi. Kitabda yer alan “Xoşbəxtlik həsrəti” adlı roman ədəbiyyatda ilk çoxkuliminasiyalı roman olaraq qeydə alınıb. Kitabda eyni zamanda “Bir yarpağın arzusu”, “Yaşam naminə”, “Sadiq dost” hekayələri də yer alıb. Xəyalə Murad 2016-cı ilin dekabr ayının 7-si nəşr edilmiş sayca üçüncü “Hər şey qızım üçün” kitabını oxucularına təqdim etdi. Kitabda “Hər şey qızım üçün” povesti, “Son şans”, “Məqsədli həyat”, “Zülmət”, “Dostluq sədası”, “Xoşbəxt azadlıq” hekayələri, “Qızıl heraldika” pyesi (qələmə aldığı ilk pyesi), “Açılmayan düyünlər” (2008-ci ildə yazdığı) dedektiv-povesti yer alıb. Xəyalə Muradın sayca dördüncü kitabı 2017-ci ilin 28 may tarixində oxuculara təqdim etdiyi “Adsız” psixoloji romanıdır. Kitab Azərbaycan ədəbiyyatında şəxsiyyətin dissosiativ parçalanması (çoxşəxsiyyətlilik) haqqında yazılmış ilk əsərdir.

"Vanuatu adasının sakinləri" Xəyalə Muradın sayca beşinci kitabıdır. 2019-cü ilin fevralın 5- i nəşr olunan kitabın təqdimat və imza günü martın 3-ükeçirildi. Kitab "Parafraz Nəşrləri"-də işıq üzü görüb. Əsər bir-birinə yad on dörd nəfərin hava limanında ölüm müqaviləsi imzalaması ilə başlayır. Üç həfə ərzində gözdən uzaq adada sağ qalmağı bacaran bir nəfər on milyonun sahibi olacaq. Rəqibə çevrilmiş bu adamların taleyindən bəhs edən roman hələ nəşrindən əvvəl oxucuların, izləyicilərin diqqətini öz üzərinə və sujet xəttinə çəkməyi bacarmışdır. Qeyd edək ki, “Vanuatu adasının sakinləri” romanının sinopsisi Rusiya Dövlət kinostudiyası olan “LENFİLM”in elan etdiyi Beynəlxalq ssenari müsabiqəsində macəra filmləri kateqoriyasına görə ilk on beşliyə düşüb.