Image-Description
Yusif Vəzir Çəmənzəminli

Yusif Vəzir Çəmənzəminli (12 sentyabr 1887, Şuşa, Yelizavetpol quberniyası – 3 yanvar 1943, Sukhobezvodnoye[d], Nijeqorod vilayəti) — аzərbaycanlı dövlət xadimi və yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri. Araşdırmalar Çəmənzəminlinin ilk dəfə 1937-ci ildə Avstriyada Qurban Səid təxəllüsü altında çap edilmiş "Əli və Nino" adlı sevgi romanının əsl müəllifi olduğuna işarə edir. Lakin, bu iddia təsdiq edilmədi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Yusif Vəzir Çəmənzəminli Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir