Əsərdə müəllif Şuşa şəhərinin keçdiyi tarixi yola nəzər salır, Şuşa qalası haqqında gördüklərini, bildiklərini və eşitdiklərini qısa şəkildə izah edir.
Bununla əlaqədar olaraq müəllif Şuşanın müqəddəs ocaqları, karvansaraları və hamamları haqqında dəqiq məlumat verir. Əsərə əlavə edilən materiallar “ŞUŞA SALNAMƏSİ”-nin elmi məzmununun artırılmasına məqsədyönlü təsir göstərir.