Bəyaz Zanbaqlar Ölkəsində

(2 İstifadəçi rəyi)   3269
Paylaşdı: Qəribə İsmayılova
Paylaşıldı: Jul 31, 2021
Müəllif: Qriqori Petrov
Nəşiriyyat: Kitablarla İnkişaf edək
Dil: Azərbaycanca

“Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun (1866-1925) ən tanınmış publisist əsəridir. Rusiyada baş verən qanlı Oktyabr inqilabından sonra mühacirətə gedən Q.Petrov bu kitabı Serbiyada çap etdirmişdi. Kitab çap olunan kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanmış, təkrar-təkrar nəşr edilərək yayılmışdı. Kitabda Finlandiyanın Ru­siyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə, burada təsvir olunan hadisələr bütünlüklə reallığı əks etdirmir, Q.Petrov Finlandiyanın timsalında geri qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoyur. Lakin Q.Petrovun bu əsərində, yarıreal-yarıutopik təsvirlərlə oxucuya təqdim olunan Fin­landiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur. 1928-ci ildə türk dilinə çevrilən kitabla tanış olan Atatürk kitabı çox bəyənmiş, onun Türkiyənin məktəblərində, xüsusilə də, hərbi liseylərdə dərs vəsaiti kimi öyrədilməsi barədə əmr vermişdi.

  • Sahir İsmayılov

    Kitabı oxuyub bitirdim. Kitab möhtəşəmdir! Hər bir vətəndaşın, hər bir fərdin oxuması hətta vacib olan kitabdır deyərdim. Hər bir vətəndaşın, hər bir fərdin, ümumilikdə cəmiyyətin necə inkişaf etməsi, işıqlanması xeyri və şəri həqiqi mənada bütün sferalarda tanıması, təhsilin və vicdanın mənəviyyatın həqiqi işini dəyərini xeyrini bu kitabda görə bilərsiniz. Əməyi, keçən hər kəsə təşəkkürümü bildirirəm ki, belə bir kitabı oxumamıza vəsilə oldunuz.

    5 ay əvvəl
  • Jalə Cəlilova

    Çoxdandı gözləyirdim bu kitabı. Çox sağolun, çox tərifləyirlər həvəslə oxumağa başladım.

    9 ay əvvəl
5
5 out of 5 (2 İstifadəçi rəyi )

Bir rəy əlavə et

Qiymətləndirmən *

Əlaqəli e-kitablar