Adsız

(0 İstifadəçi rəyi)   756
Paylaşdı: Xəyalə Murad
Paylaşıldı: Dec 21, 2020
Müəllif: Xəyalə Murad
İli: 2017
Dil: Azərbaycanca

Kitab bir bədəndə yaşayan yeddi fərqli şəxsiyyətin qarışıq hekayəsindən bəhs edir. Müəllifin bu barədə dərin araşdırmalar etdiyi hər səhifədə hiss olunur. Romanın sujet xətti oxucunu hər fəsildə təəccübləndirməyi bacarır. Bədənində bir kişi, altı qadın şəxsiyyəti daşıyan Günay günlərinin xatırlamır.

İndi al - 4 AZN

Kitab bir bədəndə yaşayan yeddi fərqli şəxsiyyətin qarışıq hekayəsindən bəhs edir. Müəllifin bu barədə dərin araşdırmalar etdiyi hər səhifədə hiss olunur. Romanın sujet xətti oxucunu hər fəsildə təəccübləndirməyi bacarır. Bədənində bir kişi, altı qadın şəxsiyyəti daşıyan Günay günlərinin xatırlamır. Onların itdiyindən şikayətçidir. Ancaq heç nədən xəbəri yoxdur. Gecənin yarısı gözlərini polis bölməsində açsa da, bu problemini araşdırıb tapmaq yerinə unutmağı seçir. Alterlərin aktiv olduğu müəyyən saatlar xaricində (Günay hər gün cəmi 2 saat həyat yaşayır) onlar yuxudaymış kimi yatırlar və baş verən heç bir şeydən xəbərləri olmur. Təkcə bir alter xaricində. Adsız... Adsız bütün alterləri idarə edən vasitəçi rolunu oynayır. Onların mənafeini qoruyur və qayğılarına qalır. Aktivlik saatlarını müəyyənləşdirir. Bəs, görəsən hər şey belə davam edə bilərmi? Yeni ailə quran Günay, tələbə qız Aygün, müğənni Diana, ətrafındakı insanları incitməkdən zövq alan Emil, gürcü Tamriko və sirr dağarcığı Adsız... Görəsən, onlar hansı nöqtədə qarşı-qarşıya gələcəklər? Aralarında yaratdıqları nizamı nə pozacaq? Şəxsiyyət parçalanması dediyimiz proses həqiqətən mümkündürsə, onları birləşdirmək də mümkündürmü? Bütün bu suallar ilə birlikdə roman bizi anlaşılmaz hadisələrin burulğanına salır. Labirintin çıxışını isə bizə “Adsız” göstərir. Onun keçmişinə səyahəti ilə alterlərin yaranma səbəbləri aydın olur. Əsərin ideyası da məhz burda gün işığına çıxır. Orjinal mövzusu ilə rəğbət qazanan “Adsız” sonda oxucunu heyrətlədirərək yola salır. Roman düşündürməklə bərabər həmişə aktual olan bir məsələyə uşaqlıqda yaşanan psixoloji travmalara diqqət çəkir. Münasibətlərdəki laqeydliyi, sevgisizliyi, içinə qapanıqlığı sorğulayır. "Adsız"ı Xəyalə Murad yaradıcılığının kuliminasiya nöqtəsi hesab etmək olar. Oxuyun! Sizi əmin edirəm ki, ədəbiyyatımızda bu mövzuda oxuyacaqlarınızın ilki olacaq.

Bu e-kitab üçün rəy yoxdur.

0
0 out of 5 (0 İstifadəçi rəyi )

Bir rəy əlavə et

Qiymətləndirmən *

Əlaqəli e-kitablar