Bir

(0 İstifadəçi rəyi)   571
Paylaşdı: Tural Sahab
Paylaşıldı: Sep 8, 2020
Müəllif: Tural Sahab
Dil: Azərbaycanca
Hələ günəşin dünyaya gəlməsinə xeyli vardı. Gecə olmasına baxmayaraq, sentyabr öz isti nəfəsi ilə üşüməyə qoymurdu bu şəhəri. İsti yay havası, şəhərin kənarından keçən çay; hər şey mükəmməl idi. Təbiət insanlardan fərqli olaraq kirlətmir, məhv etmir. Şəhər öz adını elə yaxınlığından axan bu çaydan götürmüşdü. Çay şəhəri olaraq tanınır, sevilirdi. Çay şəhəri ölkənin paytaxtı olmasa da, ən böyük və əsas şəhərlərindən biri idi. Ətraf rayon və kəndlərdən minlərcə insan bura işləmək üçün gəlirdi...Bu şəhərdə minlərcə ümid və ya hüsranla bitən hekayə yaşanırdı...
 
Yağışlı bir iyun səhərində başlayıram yeni romanımı yazmağa. “Ləman”ı yazmadan öncə roman mənim üçün Qaf dağı qədər uzaq görünürdü. Sonra “Ləman”ı yazdım və hər sözü, cümləsi ilə romanın ruhuma nə qədər yaxın olduğunu anladım.
Hekayələrimi oxuyan hər kəs onlarda olan yarımçıqlığı hiss edirdi, elə özüm də. Hekayə ilə fikrimi çatdıra bilmirəm. Həqiqi yazmağı bacaran hər kəs mənim sözümü təsdiqləyər ki, roman hekayədən asan başa gəlir. Səhv etmirəmsə, Drayzerin sözləridi: “Öncə şeir yazırlar, alınmır, sonra hekayə, o da alınmır, bu zaman başlayırlar roman yazmağa. Bu, bütün böyük romançılara aiddir”.

Bu e-kitab üçün rəy yoxdur.

0
0 out of 5 (0 İstifadəçi rəyi )

Bir rəy əlavə et

Qiymətləndirmən *

Əlaqəli e-kitablar