Canavar ovu

(1 İstifadəçi rəyi)   640
Paylaşdı: Tural Sahab
Paylaşıldı: Sep 8, 2020
Müəllif: Tural Sahab
Dil: Azərbaycanca
ölüm savaşında insan oğlunun daxili təbəddülatlarına, olumdan ölümə doğru atdığı bütün addımlarda tərəddüd etməsinə diqqət çəkməyə çalışır.
1974-cü ilin sonuna beş gün qalmış qar yağdı. Bozdağ kəndinin yolları, demək olar ki, bağlandı.  Həmin il qış o qədər sərt keçdi ki, ən gur bulaqların suyu da dondu. Fevral ayının sonunadək bulaqların gözündəki buz açılmadı. 
Bu müddət ərzində kənd sakinləri çox ağır günlər yaşadı. Qocalardan bəzilərinin canı soyuğa dözmədi; bu dünyayla vidalaşdılar... Sağ qalanlar isə “74-ün qışı”nı yaddaşlarına yazdılar... Onda telefon və televizor addım-addım insanların həyatında özlərinə yer açırdı, “internet” kəlməsi elmi termin kimi işlədilirdi. Ucqar dağ kəndində dünyadan xəbər tutmağın yeganə yolu radio idi. Kimsə telefonla uzaqdakı qohum-əqrəbasına xəbər ötürmək istəyəndə mütləq rayon mərkəzinə getməliydi. Kəndin elektriki də bərbad idi;  sutkada 2-3 saat verilirdi. Üstəlik, köhnədən qalma işıq xəttləri tez-tez qırılır, kəndi aylarla neft lampasının və öləziyən şam işıqlarının ümidinə qoyurdu. Bir sözlə, vəziyyət ürək açan deyildi.  Külək bir azca bərkiyəndə, yaxud qar yağmağa başlayanda hamı evdə şamını, lampasını gündüzdən hazırlayardı. 
  • Zeyneb Kerimli

    Cox super romandi, Tural beyin butun kitablari cox superdi

    9 ay əvvəl
5
5 out of 5 (1 İstifadəçi rəyi )

Bir rəy əlavə et

Qiymətləndirmən *

Əlaqəli e-kitablar