Dao de Dzin

(0 İstifadəçi rəyi)   415
Paylaşdı: M. Şaiq
Paylaşıldı: Jul 27, 2021
Müəllif: Lao Tzı
Dil: Azərbaycanca

Dao De Dzinqin tarixi

Dao De Dzinq ənənəyə görə eramızdan əvvəl 600-cü illərdə yazılmışdır. Kitabın müəllifi taoist mütəfəkkir [[Lao Tszı]] (və ya Lao Zı, mənası "Qoca Usta") hesab olunur. Rəvayətə görə Lao Tszı sarayda arxiv baxıcısı imiş. Lakin kitabin müəllifliyi və yazılış tarixi tam təyin edilməmiş hesab olunur. Tao Te Çinqin mətninin daha əvvəlki dövrlərə aid olduğu, eramızdan əvvəl 6-cı əsrdə onun sadəcə olaraq qələmə alındığı hesab edilir.

Dao De Dzinq özündən sonra gələn fəlsəfi və dini cərəyanlara, o cümlədən Neo Konfusianizmə və Çin Buddizminə dərin təsir göstərmişdir.

Dao De Dzinq 250 dəfədən çox müxtəlif dillərə tərcümə edilmişdir.

Kitabın adının tərcüməsi

Dao De Dzinq adı müxtəlif formalarda tərcümə oluna bilər.

Tao (Dao) – sözü əsasən "yol" kimi tərcümə olunsa da, "cığır", "kök", "metod" mənalarını da verir.

Te (De) – sözünün Azərbaycan dilinə tərcüməsi daha çətindir: ümumiyyətlə "fəzilət", ya "kəramət", bəzən isə "bərəkət" kimi tərcümə edilə bilər. Əlavə olaraq "daxili potensiya", "daxili qüvvə" kimi izah edilir.

Çinq (Tszin) – sözü "qanun", "norma", "kitab" kimi tərcümə oluna bilər.

Beləliklə, kitabın adını ümumiyyətlə "Yol və Fəzilət Kitabı" kimi tərcümə etmək olar.

Kitabın yazılış qaydası

Dao De Dzinq klassik Çin dilində, şer formasında yazılmışdır. Hətta yaxşı təhsil görmüş müasir çinlilər üçün bu dili başa düşmək çətindir. Kitabın indiyə qədər tapılmış ən qədim versiyası eramızdan əvvəl 300-cü illərə aid edilir. Bu versiya ipək saplarla birləşdirilmiş 800 bambuk lövhəcik üzərinə yazılmış təqribən 13,000 heroqlifdən ibarətdir. Kitabın ipək və kağız üzərinə yazılmış qədim versiyaları da mövcuddur.

Dao De Dzinqin indi istifadə olunan versiyası 81 qisa hissədən – çjanlardan və təqribən 5,000 heroqlifdən ibarətdir.

Kitab iki hissəyə bölünür: 1 – 37 çjanlar Tao Çinqə (Yol Kitabı), 38 – 81 çjanlar isə Te Çinqə (Fəzilət Kitabı) aiddir.

Bu e-kitab üçün rəy yoxdur.

0
0 out of 5 (0 İstifadəçi rəyi )

Bir rəy əlavə et

Qiymətləndirmən *

Əlaqəli e-kitablar