Dovşan qaç

(0 İstifadəçi rəyi)   198
Con Apdayk
Azərbaycanca
Oğlan uşaqları gövdəsinə səbət bərkidilmiş telefon dirəyinin ətrafında basketbol oynayırlar. Ayaqlar görünüb – yox olur. Qışqırırlar. Çınqıl üstündə kedlərin cırıltısı və xışıltısı onların səslərini, naqillərin üzərindəki mart səmasının yüksək nəmli göyümtülüyünü katapulta edir. Dovşan Enqstrom döngə ilə gedir, yaşı iyirmi altı və boyu altı fut üç düym olsa da, əynində ciddi işgüzar kostyum var, o dayanıb baxır. Dovşan olmağa bir az ucadır, ancaq enli ağ sifəti, açıq-mavi damağına siqaret qoyanda qısa burnu altındakı üst dodağını, əsəbi səyriməsi ona uşaq olduğu vaxt verdikləri bu ayamanı qismən izah eləyir. O dayanıb fikirləşir: uşaqlar böyüyürlər, səni hər tərəfdən sıxışdırırlar.
Onun burada olması uşaqlara qəribə gəlir. Onlar öz kefləri üçün oynayırlar, daha özlərini kakao rəngli qoşabortlu pencəkdə şəhəri veyillənən hansısa böyük əmiyə göstərmək üçün yox. Yaşlı adamın döngəni niyə piyada keçib getməyi, ümumiyyətlə, aydın deyil. Onun avtomobili haradadır? Siqaret ona lap hədələyici görkəm verir. Bəlkə, o, siqaret, ya da pulun əvəzində süni buz fabrikinin arxasnda gəzişməyi təklif edənlərdəndir? Belə fokuslar haqqında artıq eşidiblər, ancaq onları belə asanlıqla qorxuda bilməzsən, axı altı nəfərdirlər, o isə təkdir.

Bu e-kitab üçün rəy yoxdur.

0
0 out of 5 (0 İstifadəçi rəyi )

Bir rəy əlavə et

Qiymətləndir *

Əlaqəli e-kitablar