Bu kitab Xəyalə Muradın oxucularla üçüncü görüşüdür. Eyni zamanda “Görünməyən həqiqət” və “Bir yarpağın arzusu” kitablarının müəllifidir.
***
Bir göz qırpımında keçir hər şey - doğum, yaşam və ölüm! Doğumumdan artıq neçə illər keçib. Yaşantım hiss edirəm ki, belə davam etsə, ölümə birləşəcək. Ölüm isə bütün canlıların dadacağı, gedəcəyi, qaça bilməyəcəyi, taleyin son səhifəsi, son sətri, son ünvanıdır.
***