Ləman

(1 İstifadəçi rəyi)   1810
Paylaşdı: Tural Sahab
Paylaşıldı: Sep 8, 2020
Bölmə: Ədəbiyyat
Müəllif: Tural Sahab
Dil: Azərbaycanca
Müasir texnikanın kosmik sürətlə inkişaf etdiyi əsrdə yaşayırıq. Amansız və zamansız müharibələrin tüğyan etdiyi, viran qoyduğu, insan ölümlərinin ucuzlaşdığı, baş alıb getdiyi bir dövrə çatmışıq. Dəyərlərimizi və dəyərlilərimizi itirmək də sanki getdikcə adiləşir. Böyük anlam olan İnsanlıq dərin, xilası mümkün olmayan, bir daha geriyə dönə bilməyəcək bir uçuruma anbaan yaxınlaşmaqdadır. Yoxluğa – məhvə gedən dünyamızı kimlər və necə xilas edəcək? Və ümumiyyətlə, buna ümidimiz nə qədərdir?
Müharibə dedikdə, gözlərimiz önündə dağıdılmış, xaraba qalmış şəhərlər, göz yaşları, əzablar, işgəncələr, ölüm canlanır. Bəşər övladının əlindən hər şeyi alan müharibə belə yalnız bir güc qarşısında daim aciz qalıb. Sevgini sağ qalanın ürəyindən silməyə, ölənin sevgisini özüylə bərabər aparmağa mane ola bilməyib. Çünki məhəbbətin, sevginin gücü əlçatmazdır – İlahi qüvvədir.
Bəli, dünyanın və İnsanlığın yeganə xilaskarı müqəddəs, ilahi qüvvə olan sevgidir. Sevgini hər kəs öz anladığı kimi dəyərləndirir: – Kimisi adi, ani və ötəri hiss kimi, kimisi hissiyyatın dili, sevənlərin vüsala qovuşduğu andan məhəbbətin yox olması, bəzən də şəhvət hissinin mənbəyi kimi yozur. Deməli, həyəcan təbili çalmağın vaxtı çatıb. Müharibələrin məhv edə bilmədiyi müqəddəs və ali hisslər elə beşiyindəcə boğulur, ölür. Belə olan surətdə əgər şam işığı qədər ümid yeri varsa, o zaman bütün gözəlliklərin, duyğuların, İnsanlığın xilasına inanmaq olar.
  • Aygül

    8 ci sinifde oxuyan zamanlarda sinif yoldaşım eyni zamanda refiqem olan bir qız biznen paralel oxuyan bir oğlanla sevgili idiler. Çox saf temiz sevgi idi. Uzaqdan uzağa yalnız telefonla danışardılar onudakı çox gec gec. Refiqemin sevdiyi oğlan qan xerçengi idi. Çox eziyyetler çekirdi. Aradan iller keçdi biz çatdıq 11 ci sinife. Oğlan çox mualicelerden sonra sağalmışdı. Mezun olmağımıza iki hefte qalmışdı. Refiqemle sevdiyi oğlan eyni sınaq imtihanına bilet aldılar. İmtahandan sonra ilk defe görüşe çıxdılar. Hemde oğlanın sağaldığına göre çox sevincli idiler o günü qeyd etmek istemişdiler. Refiqem bu görüşden çooox xoşbext qayıtmışdı. Üstünnen bir heftede keçdikden sonra yeni Mezun günümüze bir hefte qalmış biz böyük coşquyla bu güne hazırlaşarken çooox tessüfler olsunki oğlanı maşın vurdu. Oğlan 17 yaşında qaldı melek oldu. Sonra Refiqem sanki yaşamırdı. Biz onunla tez tez sevdiyi oğlanın anasını görmeye gedirdik. Anası bize oğlunun mezun gününe aldığı kostümü gösterirdi. Çox ağır sehneler olurdu. Artıq bu hadiseden 12 il keçib. Refiqem ailelidir bir qızı bir oğlu var. Biz onunla tez tez elaqe saxlamırıq heremizin öz aile qayğıları var. Amma her may ayının 23 ü günü mene yazır. Biz o barede danışmasaqda biliremki neye göre canı sıxılıb mene yazır. Bu romanda en çox duyğulandığım mene bu olanları xatırladan ise sevenlerin eyni mahnını dinlemesi oldu. “Lemanda” ise en çox duyğulandığım hisse Ferhadın ilk defe Lemanın yanında qaldığı gece oldu. Oxuyucularınızın sayının çox olması dileyi ile.....

    8 ay əvvəl
4
4 out of 5 (1 İstifadəçi rəyi )

Bir rəy əlavə et

Qiymətləndirmən *

Əlaqəli e-kitablar