Məhbəs çiçəyi

(0 İstifadəçi rəyi)   1090
Paylaşdı: Termine Saferaliyeva
Paylaşıldı: Sep 22, 2020
Dil: Azərbaycanca

Əsma həmişə inanardı nağıllara,özünün də nağıl qəhrəmanı olduğuna.Həmişə inanardı güclü olduğuna,ətrafını,sevdiklərini çevrələyən qırılmaz,qüvvətli bir zəncirin olduğuna.Amma bir gün qırıldı zəncir və o nağıl qəhrəmanı böyüdü,gücsüzləşdi.Çünki insan böyüdükcə gücsüzləşirdi,itirirdi özünü.Və gün gəldi tapmağa çalışdığı özünü bacısının əriylə nikah masasında tapdı."Hər şey bitdi" deyərkən bir cüt qəhvərəngli gözlərdə ümid axtardı,amma bilmədi ki, gözlərində ümid axtardığı, vurğunu olduğu  Elham gözlərində kindən, nifrətdən başqa hissə yer verməmişdi.Uşaqkən yad divarlar arasında anasızlıqdan qəlbi sıxılarkən bütün qadınlardan nifrət etmiş,bir daha onların qalib olmasına icazə verməmişdi.Elə bu səbəbdən də çiçək kimi zərif olan Əsma heç özü də bilmədən bir məhbəsdən qaçarkən başqa bir məhbəsə qonaq olmuşdu.Məhbəs çiçəyi olmuşdu...

Sən demə,yer üzü günəşin ovucundaymış,ən zülmət gecədə belə parlarmış bircə dan ulduzu,gecələr də səhərlər kimi hüzün qoxumurlarmış,azadlığın qoxusunu duymaq olarmış,sahillər yalnızlığa yuva deyilmiş,məzarla danışmaq,xəyalların da ardından qaçmaq olarmış,qəlbimizə toxunanlar heç getməzlərmiş,bəzi dostluqlar axirətlikmiş,ümidmiş qəlbimizdə əbədi məskən edən və çobanyastıqları də gülümsəyə-gülümsəyə pıçıldarmış.Sevir,sevir...🌼

Bu e-kitab üçün rəy yoxdur.

0
0 out of 5 (0 İstifadəçi rəyi )

Bir rəy əlavə et

Qiymətləndirmən *

Əlaqəli e-kitablar