Novellalar

(0 İstifadəçi rəyi)   274
Paylaşdı: M. Şaiq
Paylaşıldı: Dec 17, 2020
Müəllif: Stefan Sveyq
Dil: Azərbaycanca

XX əsrin görkəmli ədəbi simalarından hesab olunan Ştefan Svayq (1881–1942) dünya ədəbiyyatı tarixinə bənzərsiz psixoloji novellalar, tarixi-bioqrafik oçerklər və esseler ustası kimi daxil olmuşdur. Qeyri-adi süjet xətti, insanın iç dünyasının ən gizli, ən dərin qatlarına nüfuz etmək bacarığı, yaratdığı obrazların “qəlbini oxumaq” qabiliyyəti onun novellalarının poetikasını səciyyələndirən əsas əlamətlərdir. Tarixi miniatürlərində isə o, ayrı-ayrı tarixi detalları, adi təfərrüatları deyil, bəşər keçmişinin həlledici anlarını, ölümlə həyat, məğlubiyyətlə zəfər təntənəsi arasındakı əzəli-əbədi mübarizəni ön plana çəkir, “başqa vaxtlarda diqqəti cəlb etmədən baş verən, lakin bircə gözqırpımında birləşərək həlledici ana çevrilən“ hadisələri təsvir edir.

Bu e-kitab üçün rəy yoxdur.

0
0 out of 5 (0 İstifadəçi rəyi )

Bir rəy əlavə et

Qiymətləndirmən *

Əlaqəli e-kitablar