Onun adı Elyanora deyil

(0 İstifadəçi rəyi)   1025
Paylaşdı: Tural Sahab
Paylaşıldı: Sep 8, 2020
Bölmə: Ədəbiyyat
Müəllif: Tural Sahab
Dil: Azərbaycanca

Kədərli bir gündü- şeir kimi, söz kimi, payızın sonlarında ağacların oxuduğu bahar nəğməsi kimi. O günü unutmaq istəmirəm mən, çünki unutmaq ölmək, yox olmaqdı. Unutmaq ruhumun intiharıdı. Mən nə üçün yaşayıram.... nə üçün. Bu sualı hər dəfə özümə verəndə duyqulanır, insanların olmadığı bir yerə çəkilib göy üzünə doğru yönəldib baxışlarımı, gözlərimə təslim oluram- ağlayıram doyunca. Yox, yox əslində buna ağlamaq demək olmaz. Bu sadəcə kirlənən arzularımın, ümidlərimin təmizlənməsidir. Axı həkimlər də demirmi, göz yaşının tərkibində elə şeylər var ki, insanın gözlərini, yanaqlarını, hətta barmaqlarını təmizləyir. Bəli, mən göz yaşalarımla təmizləyirəm hər dəfə sənsizliyi. Nə isə mövzudan çox uzaqlaşmayaq. Nə üçün yaşayıram sualına cavab verim. Mən səni unutmamaq üçün yaşayıram. Ən qorxduğum şey səni unutmaqdı... axı bilirəm səni unutmaq mənim ölümüm olacaq, mən səni unutduğum gün öləcəm . Onun üçün unutmaq istəmirəm. Səhv anlama məni. Birdən düşünərsən ki, ölümdən qorxuram. Yox, yox əsla qorxmuram. Səni unutmaq ölümüm olacaq, ancaq bu ölüm başqa ölümlərə bənzəməyəcək. Ayaq üstə olacam bir müddət bəlkə- yeriyəcəm, danışacam, güləcəm. Ancaq nə fayda ölmüş olacam. Mənim ən gözəl anlarım səni düşünərək keçdi, keçir... mənim sevincim sənin üçün acı çəkməkdi. Ürəyimdə bir rəsmin var. Saf, təmiz bir üzünlə  gəlirsən yuxularıma. Sonuncu dəfə səni deyəsən oxuduğumuz ali məktəbin pilləkənlərində gördüm. Mən aşağı düşərkən, sən ərinlə yuxarıya doğru addımlayırdın. Səni başqasının yanında görmək öldürmədi məni. Axı sən mənim ürəyimdə, ruhumda idin. Ürəyimdə kim toxuna billərdi sənə, kim səninilə yanaşı addımlamağa cəsarət edə bilərdi. Bax, onun üçün sakitcə keçdim yanından. Bir daha görmədim səni. Bağışla, səni bu qədər düşünməklə bəlkə də narahat edirəm, səni bu qədər sevməklə incidirəm bəlkə də.... ancaq nə edə bilərəm. Sən ürəyimə hopan bir şeirsən, damarlarımda dolaşan.

Bu e-kitab üçün rəy yoxdur.

0
0 out of 5 (0 İstifadəçi rəyi )

Bir rəy əlavə et

Qiymətləndirmən *

Əlaqəli e-kitablar