Qəsr

(0 İstifadəçi rəyi)   440
Paylaşdı: M. Şaiq
Paylaşıldı: Dec 17, 2020
Müəllif: Frans Kafka
Dil: Azərbaycanca

K. gəlib çatanda axşamdan xeyli keçmişdi. Kənd qar içində itib batmışdı. Dumana, qaranlığa bürünmüş qəsrdən əsər-əlamət görünmürdü, o böyüklükdə qaladan heç işartı da gəlmirdi. K. kəndin girəcəyindəki taxta körpünün üstündə dayanıb qarşısındakı aldadıcı boşluğa baxırdı. Sonra yola düzəlib daldalanacaq axtarmağa getdi; meyxanada hələ yatmamışdılar, doğrudur, meyxanaçının kirayə verməyə otağı yoxuydu, ancaq vaxtsız qonağın gəlişindən çaş-baş qalıb özünü itirdiyindən K,-nın elə yemək otağında, saman kisəsinin üstündə gecələməsinə icazə verdi. K. da bu təklifə razılaşdı. Beş-altı kəndli oturub pivə içirdi, lakin o, heç kəslə söhbətə girişmək istəmədi, özü saman kisəsini damdan endirib sobanın yanında yerə uzandı. Yeri istiydi, kəndlilər də dinib-danışmırdılar, yorğun gözləriylə onlar; azacıq süzəndən sonra K. yuxuya getdi.

Bu e-kitab üçün rəy yoxdur.

0
0 out of 5 (0 İstifadəçi rəyi )

Bir rəy əlavə et

Qiymətləndirmən *

Əlaqəli e-kitablar