Residivist

(0 İstifadəçi rəyi)   221
By Rövşən Yerfi Paylaşıldı Sep 25, 2020
Bölmə - Ədəbiyyat
Rövşən Yerfi
Azərbaycanca
Kitabda olan “Residivist” povestində residivist hesab edilən bir məhkumun faciəli həyatından bəhs edilir. Əsər penitensiar xidmət əməkdaşı tərəfindən qələmə alınmışdır.

Naharın başlanmasına xeyli qalmış Ağarəhim birinci olmaq üçün hamıdan əvvəl yeməkxananın bağlı qapılarına kürəyini söykə-yərək, daş pilləkənin üstündə çöməlib oturmuşdu. Qoltuğundakı alüminium boşqab və qaşıq əynindəki paltarını qabartmış, skeletəbənzər bədənini gizlətmişdi. Vaxt var idi bu paltarı ona geydirəndə əyninə dar gəlirdi. Son vaxtlar bədəninin əti də, sümükləri də, hətta boyu da getdikcə kiçilirdi. Təkcə sinəsində qövr edən, içərisini qurd kimi gəmirən vərəmdən savayı.

Bu e-kitab üçün rəy yoxdur.

0
0 out of 5 (0 İstifadəçi rəyi )

Bir rəy əlavə et

Qiymətləndir *

Əlaqəli e-kitablar