Yerfi silsiləsi

(0 İstifadəçi rəyi)   322
Rövşən Yerfi

Kitab, düşünməyi sevənlər üçün nəzərdə tutulub. Belə ki, kitaba yazıçının müxtəlif mövzularda olan kiçik həcmli esseləri, mənsur şeirləri toplanıb. Müəllif kitabını unudulmaz kitab təbliğatçısı, Bakı Kitab Klubunun yaradıcısı mərhum Elxan Rzayevin xatirəsinə həsr edib.

Rövşən Yerfi kitabı haqqında belə deyir: “Yerfi silsiləsi kiçik dağ silsiləsidir. Eynilə bu kitab da kiçik esselər silsiləsidir. Yeni kitabın öncəkilərdən fərqi, obrazların özümün olmasıdır. Mənim düşüncələrim, dünyaya baxışım, olduğum kimi – bütün güclü və zəif tərəflərim ilə burada öz əksini tapıb”.

Qeyd edək ki, kitabın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulmayıb. Tiraj məhdud sayda olduğu üçün kitabı əldə etmək istəyənlər vaxt itirmədən Bakı Kitab Klubuna müraciət edə bilər.

Yazıçı sonda onu da qeyd edib ki, “Günahsız qatıl” kitabı hazırda Tehranda əski əlifba ilə çapa hazırlanır.

Bu e-kitab üçün rəy yoxdur.

0
0 out of 5 (0 İstifadəçi rəyi )

Bir rəy əlavə et

Qiymətləndir *

Əlaqəli e-kitablar