Ən çox verilən suallar

 

 

 

Kitabxanaların və ya kitab mağazalarının onlayn portalı funksiyasını həyata keçirmək üçün yaradılmışdır. Əsas məqsədi oxucuların kitaba olan marağını artırmaqla onlara pulsuz və ya daha münasib qiymətlərə kitablar təklif etməkdir.
Müəllif saytda qeydiyyatdan keçir və müəlliflik üçün sayt vasitəsilə müraciət edir. Mövcud qanunvericiliyə uyğun olaraq müəlliflik hüququ təsdiq elədiyi halda sayt tərəfindən qeydiyyatdan keçmiş şəxsə müəllif hüququ verməkdə heç bir çətinlik olmur və ən əsası ödəniş tələb edilmir. Müəllif statusu almış şəxs öz şəxsi hesab məlumatlarını sayta əlavə edir ki, sonradan biz həmin müəllifin kitab satışından əldə etdiyi gəliri onun hesabına köçürəcəyik. Hesab məlumatlarında tələb olunan məlumatlar sadə köçürmə etmək üçün istifadə olunan məlumatlardır ki bu da müəlliflərin hesablarını hər hansı kiber hücümla üz-üzə qoymur. Köçürmə üçün kifayət edəcək məlumatları əlavə etmiş şəxs öz kitabını yerləşdirir və bizim OXUCULARIN MARAQLARI üçün tərtib etdiyimiz qiymət sandartlarına uyğun qiymət müəyyən edərək satış həyata keçirir. Müəllif ilə sayt arasında bütün müqavilələr onlayn qaydada sadələşdirilmiş formada və ödənişsiz bağlanır.
Əvvəllər 10 manata 1, ən yaxşı halda 2 kitab ala bilən oxucu bu sayt vasitəsilə 4-5 pullu kitab almaqla yanaşı pulsuz olaraq əlavə edilmiş yüzlərlə kitaba da yiyələnmək imkanına sahib olur. Zaman-zaman kitablar satılıb bitdiyi üçün və ya kitabların satışa çıxarıldığı mağazalardan uzaq olduqları üçün istədiyi kitablar onlar üçün əlçatmaz olan oxucuların artıq belə bir çətinliyi qalmır. Sayt, mobil tətbiq və s. hər yerdən kitablar bir toxunuş məsafəsində olur. Saytda şəxsi kitabxanalarını yaradaraq özləri ilə kitab daşımaq əziyyətindən qurtulan oxucular üçün bu bir avantajdır.

Oxucuların istəklərini nəzərə alaraq portalda yerləşdirilmiş kitablarla bağlı tələblər aşağıdakı kimidir:

  1. Minimum səhifə sayı 20-dən az olan kitab və ya hekayələrin yerləşdirilməsi yolverilməzdir. (Elmi mövzuda yerləşdirilən kitablar və məqalələrdə istisnalar mövcuddur)
  2. Minumum səhifə sayı 110-dan az olan kitabların ödənişli yerləşdirilməsi yolverilməzdir.
  3. Ödənişli yerləşdirilmiş kitablar üçün minimum qiymət 1 azn-dir. Maksimum qiymətlə bağlı məhudiyyət yoxdur lakin, oxucunun alıcılıq qabiliyyətini və "baha kitabdır" kimi edilmiş şikayətləri nəzərə alırıq.
  4. Hər müəllifdən yerləşdirdiyi kitab sayından aslı olmayaraq minimum 1 kitabı ödənişsiz yerləşdirmək xahiş.