Image-Description
Amid Səlimoğlu
( Qoşuldu 1 il əvvəl )
Amid Səlimoğlu 17 noyabr 1993-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2011—ci ildə Bakı Dövlət Universitetinə qəbul olmuş və 2015-ci ildə Fəlsəfə ixtisasını bitirmişdir. Məktəb illərindən ədəbiyyata olan meyli 2011-ci ildə onu ilk kitabı olan “Qaranlıqdan işığa” romanını yazmağa vadar etmişdir. Romanın mövzusu Sovet dönəminin kənd həyatından bəhs etdiyi üçün bir çox insandan həmin dövr haqqında məlumatlar almış, topladığı məlumatlar nəticəsində kitabını yazaraq 2017-ci ildə tamamlaya bilmişdir. “Qaranlıqdan işığa” romanı elə həmin ilin sonlarında nəşr edilmişdir. İlk kitabından sonra öncədən də yazmaq istədiyi ikinci kitabı, “Kimsəsiz” romanı üçün hazırlıqlara başlamışdır. Kitabda bəhs edilən hadisələrin çox qismi İstanbulda keçdiyindən 2018-ci ildə İstanbula getməsi “Kimsəsiz” romanını yazmağına çox kömək etmişdir. İstanbulu gəzərək lazım olan məlumatları toplamış və həmin ilin sonunda kitabı bitirməyə nail olmuşdir. Kitab 2020-ci ilin ilk ayında nəşr edilmişdir. Amid Səlimoğlu ikinci kitabından sonra hekayə yazmağa da başlamışdır. Onun “Sən axı kimsən?!” hekayəsi oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. İkinci hekayəsi isə “Malavarın hekayəsi” adlı hekayədir. Hal-hazırda yeni kitab və hekayələr üzərində çalışır.

Kitablar: Amid Səlimoğlu

6 Kitab tapıldı