Uilyam Şekspir

Uilyam Şekspir (ing. William Shakespeare; ən geci 26 aprel 1564, Stratford-Apon-Eyvon[d], İngiltərə krallığı, Stratford-Apon-Eyvon[d], Uorvikşir və ya Strafford-on-Eyvon[d], Uorvikşir – 23 aprel [3 may] 1616, Stratford-Apon-Eyvon[d], Uorvikşir və ya Strafford-on-Eyvon[d], Uorvikşir) — İngilis şairi, yazıçısı və aktyorudur. İngilis dilində yazan ən böyük şair və dünyaca tanınmış dram yazıçısı olaraq qəbul edilmişdir. Adətən İngiltərənin milli şairi və "Avon şairi" olaraq bilinir. Günümüzə çatan əsərləri, bəzi birgə yazılanlarla birlikdə 38 əsər, 154 sonet, iki uzun hekayə şeir və bir neçə mənbəsiz şeirlər əhatə eləyir. Əsərləri bütün böyük dillərə çevrilmiş və digər əsər yazarlarından daha çox sərgilənmişdir. Şekspir Stratford-upon-Avonda dünyaya gəlmiş və böyümüşdü. 18 yaşında Anne Hathaway ilə evlənmiş və üç uşağı dünyaya gəlmişdi: Susanna və əkizlər Hamnet ilə Judit. 1585 ilə 1592-ci illər arası, Londonda bir aktyor, yazıçı və Lord Chamberlain's Men(sonraki adı King's Men) bir teatr şirkətinin sahibi olaraq uğurlu bir karieraya başladı. Ölməzdən üç il əvvəl 1613-cü ildə,49 yaşında Stratfordda təqaüdçü olaraq görüldü. Şekspirin şəxsi yaşayışına aid bəzi mənbələr günümüzə çatmışdır.Fiziki görünüş, cinsi oriyentasiya, dini inanclar və başqaları tərəfindən yazılıb ona aid edilən şaiələr deyilmişdir. Şekspir bilinən əsərlərinin çoxunu 1589 ilə 1613-cü illər arası yazmışdır.İlk əsərləri adətən komedi və tarixiydi,bu növlə yazdığı əsərlərlə 16-cı yüzilin sonlarında mədəniyyətin və sənətin zirvələrinə yüksəldi.Daha sonra 1608-ci ilə qədər faciələrə yönəldi, İngilis dilinin ən yaxşı əsərlərindən sayılan Hamlet, Kral Lear, Othello, ve Macbeth'i bu dövrlərdə yazılıb.Son vaxtlarda, dram olaraqda bilinən faciələrini yazdı və digər əsər yazarları ilə iş birliyi etdi.

Books by Uilyam Şekspir

0 Books found

No Books were found.