Ümidlərin izi ilə

(0 User reviews)   8177
Shamil Sadig

Tarixi faktlar; əsir və girovluqda olan canlı şahid xatirələri, MTN-nin arxiv materialları əsasında yazılmış roman iki gəncin nakam məhəbbətindən bəhs edir. Universitet tələbələri olmuş Aytəkin və Ramilin bir-birindən ayrı düşmə-sinin səbəbi azərbaycanlılara qarşı törədilən soyqırım – Xocalı facisədir. İki mü-əllifin ürək döyüntüləri ilə yazdığı bu roman iki müxtəlif süjetlə inkişaf etdirilib: Xocalıda əsir düşərək Fransaya qədər aparılan Aytəkinin hisslərini, keçirdiyi acı günləri əks etdirən “Girov qadının xatirələri” və 20 il boyunca hər an keçmiş sevgilisi Aytəkinin xatirəsi ilə yaşayan keçmiş kəşfiyyatçı Ramilin yaşantıları. Məxfi şöbənin təcrübəli əməliyyatçısı Mikayıl Qüdrətov 2011-ci ildə əlinə keçmiş gündəlik vasitəsilə Azərbaycana göndərilən casus qadının izinə düşür. Nəticədə erməni siyasi terrorunun, Böyük Ermənistan dövlətinin qurul-ması üçün məxfi bir sənədin yerini bilən şəxsin Azərbaycanda olmasının üstü-nü açır.

There are no reviews for this eBook.

0
0 out of 5 (0 User reviews )

Add a Review

Your Rating *

Related eBooks