Kapital

(0 User reviews)   236
Karl Marks

Yüz il bundan əvvəl, 1867-ci il sentyabrın 14-də Almaniyada, Ham­burqda K.Marksın “Kapital” əsərinin birinci cildi nəşr edilmişdir. Bir əsr ərzində bu kitab kapitalist əsarətinə qarşı mübarizədə fəhlə sinfinin və bütün qabaqcıl bəşəriyyətin əlində qüdrətli ideya silahı olmuşdur. Marks və Engels “Kommunist partiyasının manifesti”ndə və “Kapi­tal”dan əvvəl çıxan başqa əsərlərində kapitalizmin labüd surətdə məhv ola­cağını əvvəlcədən söyləmiş və göstərmişdilər ki, fəhlə sinfi kapi­talizm quru­­luşunun qəbirqazanı və yeni cəmiyyətin, sosializm cəmiyyətinin y­ara­­­­dı­cısı kimi böyük bir tarixi vəzifəni yerinə yetirməlidir. Məhz buna görə də fəhlə sinfinin elə bir elmi iqtisad nəzəriyyəsinə ehtiyacı var idi ki, bu nəzə­riyyə kapitalizmin meydana gəlməsi, inkişafı və məhv olması qanunlarını axıradək və hərtərəfli aşkara çıxarsın, kapitalizmin yerini hökmən sosia­liz­min tutmalı olmasına dair təkzi­bedilməz sübutlar versin. Bu nəhəng vəzifə­ni Marks öz üzərinə götürdü; bu vəzifənin yerinə yetiril­məsinə o bütün həya­tı­nın məhsulu və elmi kommunizmin başlıca əsəri olan “Kapital” əsərini həsr etmişdir.

There are no reviews for this eBook.

0
0 out of 5 (0 User reviews )

Add a Review

Your Rating *

Related eBooks