Molla Nəsrəddin lətifələri

(1 User reviews)   1787
By: M. Şaiq
Posted on: Dec 24, 2020
Authors: Folk literature
Language: Azərbaycanca

Molla Nəsrəddin müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğma, başqa sözlə, özününküdür. Belə ki, Anadoluda məhəbbətlə onu Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada – Türküstanda Xoca Nəs­rəddin adlandırırlar. O, elə əfsanəviləşib ki, özbək onun Öz­bəkistanda, qazax Qazaxıstanda, tatar Tatarıstanda, türk­mən Türkmənistanda, azərbaycanlılar Azərbaycanda ana­dan olduğunu güman edir. Əslində Molla Nəsrəddin həm azərbaycanlı, həm özbəkistanlı, həm anadolulu, həm tatarıstanlıdır. Yəni harada türk yaşayırsa o da oralıdır. Nə qədər adı mifik bir şəxs kimi çəkilsə də, o, güldürərkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir. Onun dodaq qaçıran hər lətifəsində dərin bir məntiq var.

  • Ramal

    Əla

    3 weeks ago
5
5 out of 5 (1 User reviews )

Add a Review

Your Rating *