Relslər Üzərinə Uzanmış Adam

(0 User reviews)   4194
Posted on: Sep 19, 2020
ISBN Number: 978 - 9952 - 8078 - 0 - 6
Published By: Qədim Qala
In Year: 2020
Language: Azərbaycanca

Relslər üzərində ölüm qatarını gözləyərkən onun yanına intihar ucun daha bir nəfər gəlir. Onun ağlına belə gəlməzdi ki, bu yad insan onu qaranlıq keçmişi ilə bir daha üz-üzə qoyacaq və bu görüş onun həyatını ta­ma­­milə dəyişəcəkdir.

Əsərin qəhrəmanı psixologiyaya məlum olmayan bir xəstəlikdən əziy­­yət çəkir. Buna görə də o, cəmiyyətdən təcrid olunmuşdur. Həyatı boyu 31 tanınmış psixoterapevtin qəbulunda olan bu şəxs xilas yolunu in­­tiharda gö­rür. Beləliklə də o, relslər üzərinə uzanaraq ölüm qatarının gəl­­­məsini gözləyir. Onun yüzlərlə intihar forması arasından şüuraltı ola­raq məhz rels­ləri seçməsi də səbəbsiz deyildir.

Relslər üzərində ölüm qatarını gözləyərkən onun yanına intihar ucun daha bir nəfər gəlir. Onun ağlına belə gəlməzdi ki, bu yad insan onu qaranlıq keçmişi ilə bir daha üz-üzə qoyacaq və bu görüş onun həyatını ta­ma­­milə dəyişəcəkdir. Bu yad insanla o, bir-birlərinə daxili cəhənnəmlərinin qapısını açacaq və bir-birilərini öz gizli aləmləri ilə tanış edəcəklər. Son­­da o yad insan onu həyatının ən mühüm və dəhşətli seçimi qarşısında qoyur. Özü də bir deyil, bir neçə amansız seçim…

There are no reviews for this eBook.

0
0 out of 5 (0 User reviews )

Add a Review

Your Rating *

Related eBooks