Image-Description
Frans Kafka

Frans Kafka (alm. Franz Kafka‎; d. 3 iyul 1883, Praqa, Avstriya-Macarıstan – ö. 3 iyun 1924, Kirlinq, Avstriya) — almandilli əşkinazi yəhudisi romançı və hekayə yazarı. XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Realizm ilə fantastika elementlərini birləşdirdiyi əsərlərində əsasən tənha qalmış baş personajlar qəribə, sürrealistik vəziyyətlərlə və başa düşülməyən sosial-bürokratik qüvvələrlə üzləşirlər. Kafkanın əsərlərində yadlaşma, narahatlıq, günahkarlıq və absurdluq kimi elementlərlə qarşılaşmaq mümkündür. Ən tanınmış əsərləri "Çevrilmə" (alm. Die Verwandlung‎), "Məhkəmə" (alm. Der Process‎), "Qəsr" (alm. Das Schloss‎) və "Milenaya məktublar"(alm. Briefe an Milenas‎) hesab olunur. Onun əsərlərindəki situasiyaları təsvir etmək üçün ingilis dilinə "kafkavari" sözü daxil olmuşdur.

Kitaplar: Frans Kafka

1 Kitap bulundu