Image-Description
Teodor Drayzer

Teodor Herman Albert Drayzer (ing. Theodore Herman Albert Dreiser27 avqust 1871-28 dekabr 1945) — ABŞ yazıçısı və ictimai xadimi.

Dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzer 27 avqust 1871-ci ildə İndiana ştatının Terre-Hote şəhərində anadan olmuşdur. O, ailənin on ikinci uşağı idi. Kasıblıq, ciddi dini tərbiyə görmüş, xəyalpərəst qəlbə malik olan Drayzer yaşam uğrunda mübarizə aparmağa uyğunlaşmışdı.

Onun 1886-1891-ci illər Çikaqodakı işəmuzd çalışması, İndiana Universitetindəki təhsil illəri (1889-1890), 1892-1895-ci illərdə Çikaqo, Sent-Luia, Pitsburq və Nyu-York şəhərlərinin qəzetlərindəki əmək fəaliyyəti acı ümidsizliklərə düçar olmuşdur. H.Spenserin əsərləri ilə tanışlıqdan sonra onun ümidsizlikləri fəlsəfədə təzahür etməyə başladı; bu fəlsəfəyə görə insanlar yalnız və yalnız təbiətin köməksiz qurbanları hesab edilirdi. O, Balzakı "fəth" etdikdən sonra isə fəlsəfi baxışlarının bədii ifadəsini tapdı.

Teodor Drayzer 1945-ci il dekabrın 28-də Hollivudda (Kaliforniya ştatı) vəfat etmişdir.

Books by Teodor Drayzer

1 Books found