Qış gecəsi

(0 User reviews)   1510
Posted on: Nov 29, 2020
In Category: Adabiyot, Roman
Language: Azərbaycanca

Mən bu hekayətimə Ceyranın gözlərindən başlayacağam. Haqqında danışacağım o qızın, ilk baxışda bir cüt ala, dağ çeşməsi kimi qaynar iri gözləri nəzəri cəlb etdiyi üçün yerimdə siz də olsaydınız belə edərdiniz; əvvəlcə, Ceyranın gözlərindən söhbət açardınız. Bəli, o qızın baş-başa vermiş nazik qaşları altında parlayan oynaq gözlərini görəndə mənim də ürəyim yerindən oynamışdı; qeyri-ixtiyari olaraq çevrilib, bir də onun sıx, uzun kirpiklərlə dövrəyə alınmış cazibədar gözlərinə baxmışdım. Baxmışdım və valeh olmuşdum! Elə bil Lermontov Qafqaza gələrkən Ceyranın gözlərini görmüş, ondan ilham almış, “İki göz gördüm o yerlərdə, ilahi gözlər...” misrasını yana-yana ona yazmışdı.

There are no reviews for this eBook.

0
0 out of 5 (0 User reviews )

Add a Review

Your Rating *

Related eBooks